Cavadovun komandası çempionluğa doğru irəliləyir

XƏBƏR 28 Mart 2010 / 01:48 1961
-  A +

Milli komandamızın hücumçusu Vaqif Cavadovun komandası “Tvente” Hollandiya çempionatında növbəti qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi dünən öz meydanında “Sparta”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Hər üç qola komandanın hücumçusu Ruiz imza atıb. Qeyd edək ki, alınan qalibiyyətdən sonra “Tvente” xallarının sayını 74-ə yüksəldib. Bir oyun az keçirən “Ayaks”ın 67, PSV-nin isə 66 xalı var. Qeyd edək ki, zədə səbəbindən Vaqif bu görüşdə iştirak edə bilməyib.

Son xəbərlər