Nizami Sadıqov: "Simurq"a heç bir şans vermədik"

XƏBƏR 28 Mart 2010 / 00:28 1695
-  A +

"Gözəl oyuna görə futbolçularıma təşəkkür edirəm. Demək olar ki, "Simurq"a heç bir şans vermədik, üstünlük bizim tərəfimizdə oldu. Oyunun sonlarına yaxın 3-4 dəfə qol vurmaq şansımız olsa da, təəssüf ki, bu imkanlardan istifadə edə bilmədik. "Simurq" bu gün müdafiə futbolu oynadı və qapısının toxunulmazlığını qoruya bildi”. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə,  bu sözləri “Turan” – “Simurq” matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Nizami Sadıqov deyib.

Qeyd edək ki, “Turan” – “Simurq” matçı 0:0 hesabı ilə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın