Arif Əsədov: "Hər kəs "Neftçi"nin necə oynadığının şahidi oldu"

Arif Əsədov: "Hər kəs "Neftçi"nin necə oynadığının şahidi oldu"
XƏBƏR 27 Mart 2010 / 20:41 2110
-  A +

“Bu gün “Neftçi” öz taktikasına uyğun oyun göstərə bildi. Uşaqlara minnətdarlığımı bildirmək istəyirəm. Əsas odur ki, “Neftçi” “Xəzər Lənkəran” kimi bir komanda ilə səfərdə yaxşı oyun nümayiş etdirdi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” – “Neftçi” matçının oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisi Arif Əsədov deyib. Görüşün baş hakimi Əfqan Həmzəyevin “Neftçi”nin lehinə qərarlar verməsi barədə suala isə Əsədov belə cavab verib: “Hakimin bizim lehimizə qərarlar verməsi fikrilə razı deyiləm. Bir xalı “Neftçi”yə hakim qazandırmadı. Bu gün hər kəs “Neftçi”nin necə oyun göstərdiyinin şahidi oldu”.

Son xəbərlər