«Foqtsun dönəmində bizə təzyiqlər vardı»

«Foqtsun dönəmində bizə təzyiqlər vardı»
DÜNYA FUTBOLU 14 Yanvar 2009 / 11:53 3270
-  A +

Nigeriya millisinin futbolçusu olmuş Piter Odemvinqiye bir vaxtlar bu komandanın baş məşqçisi işləyən Berti Foqts haqda maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, o deyib ki, Foqtsun dönəmində ölkə futbol federasiyası tərəfindən milli komandaya təzyiqlər olub: «Hələ Afrika kuboku turnirində biz ¼ finala qədər gəlmişdik, daha da irəliləmək üçün  potensialımız vardı. Amma etiraf edirəm ki, məhz bu turnirdə komandadakı mühit korlandı. Bu isə oyunçuların əhvalına təsirsiz ötüşmədi».
O bildirib ki, hələ turnir başlamazdan əvvəl komandaya qarşı federasiya tərəfindən təzyiqlər başlayıb. Piter Odemvinqiye Berti Foqtsun təzyiqlərin qarşısını almaq üçün əlindən gələni etdiyini, amma komandadakı əhval-ruhiyyəni dəyişə bilmədiyini söyləyib: «Təəssüf ki, onun federasiya nümayəndələri ilə münasibətləri yaxşı deyildi. Foqts doğru sözlər desə də, Nigeriyada onun fikirlərini qəbul etmirdilər. Afrika kuboku başlayanda isə təzyiqlər daha da çoxaldı. Hər gün mənasız yerə iclas keçirilirdi, məşqçilərin və futbolçuların ünvanına söz atılırdı. Bizi məsuliyyətli olmağa çağırırdılar. Mən isə vəzifəmizi başa düşdüyümü söyləyirdim».


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı