Türkiyə mətbuatı: Yılmaz Vural «Bakı» klubu ilə danışıqlar aparır

Türkiyə mətbuatı: Yılmaz Vural «Bakı» klubu ilə danışıqlar aparır
ÖLKƏ FUTBOLU 27 Mart 2010 / 17:33 2211
-  A +

Türkiyənin «Kasımpaşa» klubunun baş məşqçisi Yılmaz Vural Azərbaycanda çalışa bilər. Qol.Az-ın məlumatına görə, bu barədə Türkiyənin nüfuzlu «Hürriyyət» qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, son vaxtlar «Kasımpaşa»ya uğurlu nəticələr qazandıran Yılmaz Vural Bülənt Qorxmazın gedişindən sonra «Bakı» klubu ilə danışıqlara başlayıb. «Yılmaz Vural və «Bakı» rəsmiləri gələn həftə bir daha görüşəcəklər. Anlaşma olduğu təqdirdə Yılmaz Vural bu mövsümün sonu «Kasımpaşa»dan ayrılacaq» - deyə məlumatda bildirilir.
Xatırladaq ki, türkiyəli mütəxəssis Bülənt Qorxmazın istefasından sonra «Bakı» klubunu müvəqqəti olaraq Məqsəd Yaqubəliyev çalışdırır.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı