Bülənt Qorxmaz: «Bu, mənim prinsiplərimə təhqir idi»

XƏBƏR 27 Mart 2010 / 17:15 2195
-  A +

«Bakı» klubunun sabiq baş məşqçisi Bülənt Qorxmaz bu gün İstanbulun «Qalatasaray» klubunun prezidentliyinə keçirilən seçkilərdən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, Bülənt Qorxmaz bildirib ki, «Bakı»nı prinsiplərinə görə tərk edib: «Azərbaycanda işlərim yaxşı gedirdi. 10-cu yerdə olan bir komandanı üçüncü pilləyə qədər gətirdim. Azərbaycan kubokunda da uğurla yarışırdıq. Amma ötən həftə komandada mənim xəbərim olmadan bir toplantı keçirildi. Futbolçular arasında ayrıseçkilik edildi. Mən ilk gündən belə şeylərin olmamasını istəmişdim. Klubda «biz arada belə addımlar atırıq» deyəndən sonra istefa etdim. Bu cür şeylər mənim prinsiplərimə təhqirdir deyərək komandadan ayrıldım».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord