Millimizin sabiq futbolçusu Braziliyada qəhrəman oldu

XƏBƏR 27 Mart 2010 / 16:25 1890
-  A +

Braziliyanın Rio-de-Janero ştatının çempionatında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeşin şərəfini qoruduğu “Amerikano” klubu məşhur “Vasko de Qama” klubunun qonağı olub.

Mövsümə uğursuz başlayan 35 yaşlı hücumçumuzun komandası səfərdə oynamasına baxmayaraq, növbəti qələbəsini qazanıb – 3:2. Vaxtilə “Bakı”, “Olimpik” və “Karvan” klublarının şərəfini qorumuş Leandro bu görüşün qəhrəmanı olub. Milliləşən azərbaycanlı qarşılaşmanın 17-ci dəqiqəsində hesabı açıb. Bir dəqiqə sonra Elton bərabərlik qolunu vursa da, Qomeş 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. 43-cü dəqiqədə Leo Qaqo yenidən tarazlığı bərpa edib. “Amerikano”ya qələbəni isə meydan sahiblərinin futbolçusu Niltonun avtoqolu qazandırıb. Bu qələbədən sonra Qomeş qollarının sayını 5-ə, Amerikano isə xal hesabını 7-yə çatdırıb.

Qeyd edək ki, Leandro “Bakı”nın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın