"Kəpəz"in zədəli futbolçuları sıraya dönür

"Kəpəz"in zədəli futbolçuları sıraya dönür
XƏBƏR 27 İyul 2017 / 17:33 1579
-  A +

“Kəpəz”in Ərzurumda keçirdiyi hazırlıq prosesində zədələnən və son yoxlama oyununda meydana çıxa bilməyən futbolçuları sıraya dönür.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Novruz Məmmədov, İlyas Səfərzadə və Fərid Məmmədovun əzələ yükləməsi ilə bağlı yaranan ağrıları aradan qalxıb.

Klubun tibbi personalından verilən məlumata görə, oyunçuların zədələri ciddi deyil və onlar iyulun 29-da Bakıda məşqləri bərpa edəcək komandaya qoşula biləcəklər.

Həmçinin, Tural Cəlilovun da zədəsi sağalıb.  Paytaxtdakı məşqlərin birində zədələndiyindən Türkiyəyə aparılmayan müdafiəçinin müalicəsi uğurla başa çatıb. Fərdi olaraq məşqlərə başlayan Cəlilov da ayın 29-dan komanda ilə məşqə başlayacaq.

Daha çox


Son xəbərlər