“Neymarın qiyməti niyə 600 milyon deyil?" - Buffon

“Neymarın qiyməti niyə 600 milyon deyil?" - Buffon
XƏBƏR 27 İyul 2017 / 17:05 5620
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffon transfer bazarında futbolçulara yüksək qiymətlər qoyulmasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu barədə “Gazetta dello Sport”a danışan 39 yaşlı qolkiper xüsusilə "Barselona"nın hücumçusu Neymarın qiymətinin şişirdildiyini deyib:

“Neymarın qiyməti niyə 600 milyon yox, 220 milyon avrodur? Babam hər zaman deyirdi ki, şişirdin, şişirdin, amma sonda şar partlayacaq. Futbolçulara qoyulan qiymətləri anlaya bilmirəm. Pul kimin əlindədirsə, qiyməti də o qoyur. Bu gün qiyməti 10 milyon olan, sabah 100 milyon ola bilir”.

Daha çox


Son xəbərlər