"Qəbələ" "Panatinaikos"la başabaş mübarizə aparmaq gücündədir"

"Qəbələ" "Panatinaikos"la başabaş mübarizə aparmaq gücündədir"
ÖLKƏ FUTBOLU 27 İyul 2017 / 15:55 3994
-  A +

“Panatinaikos”un yaxşı heyəti var. Çox təhlükəli oyunçulara malikdir. Ancaq bizim də əla kollektivimiz var  və rəqiblə başabaş mübarizə aparmaq gücündəyik”.

Qol.az-ın məlumatına görə, bunu “Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey Avropa Liqasının 3-cü təsnifat mərhələsində bu gün “Panatinaikos”la qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Şotlandiyalı yarımmüdafiəçisi Afinada keçiriləcək oyun öncəsi yerli mətbuata açıqlama verib. O, rəqiblərinin güclü olduğunu, ancaq müdafiədə oturmayacaqlarını bildirib: “Afinadakı ilk oyunu yaxşı keçirmək çox vacibdir. “Yagelloniya” ilə birinci görüşdə qeydə alınan nəticə cavab matçında işimizi çətinləşdirmişdi. Daha da irəliləmək üçün kifayət qədər gücümüzün olduğunu düşünürəm. Səfərdə oynamağamıza baxmayaraq, müdafiə futbolu sərgiləməyəcəyik. Ancaq cavab matçını da düşünməli və müdafiədə də diqqətli olmalıyıq”.

“Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində “Panatinaikos”u mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanmışdı. Hallidey həmin görüşlər haqda düşünmədiklərini qeyd edib: “O vaxt iki fərqli heyət üz-üzə gəlib. Biz 2015-ci ildəki matçı düşünmürük. Yeganə hədəfimiz mərhələ adlamaqdır”.

Daha çox


Son xəbərlər