"Neftçi" xorvatiyalı futbolçu alır?

"Neftçi" xorvatiyalı futbolçu alır?
XƏBƏR 27 İyul 2017 / 15:28 4576
-  A +

"Neftçi” heyətinə yeni futbolçu cəlb edə bilər.

Qol.az-ın məlumatına görə, bu, Sloveniyanın “Rudar” klubunun futbolçusu Mateo Mujekdir.

Hazırda Avstriyada təlim-məşq toplanışında olan “ağ-qaralar” 22 yaşlı xorvatiyalı müdafiəçisinin klubu ilə danışıqlar aparır. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, "Neftçi” yay fasiləsində Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər