“Məni indiyədək Azərbaycan millisinə çağırırlar” – “Anji”nin futbolçusu

“Məni indiyədək Azərbaycan millisinə çağırırlar” –  “Anji”nin futbolçusu
ÖLKƏ FUTBOLU 27 İyul 2017 / 15:15 7565
-  A +

“Məni dəfələrlə Azərbaycan millisinə dəvət ediblər. Tez-tez mənimlə əlaqə saxlayırlar”.

Qol.az-ın məlumatına görə, bu sözləri  məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun futbolçusu Ayaz Quliyev “Sovetski Sport”a müsahibəsində deyib.

Azərbaycan əsilli yarımmüdafiəçi millimizdə oynamaq variantından danışıb: “İndiyədək də məni Azərbaycan millisinə çağırırlar. Amma hələ cavab vermirəm. Hazırda mənim üçün vacib olan oynamaqdır. Premyer Liqada möhkəmlənmək və inkişaf etmək haqda düşünürəm. Sonrasını zaman göstərəcək”.

Qeyd edək ki, müqavilə ilə Moskva “Spartak”ına məxsus olan 21 yaşlı futbolçu ötən mövsümün ikinci yarısından icarə əsasında Dağıstan klubunda çıxış edir.

Daha çox


Son xəbərlər