Kamran Avroliqa üçün sifariş olundu

Kamran Avroliqa üçün sifariş olundu
GÜNDƏM 27 İyul 2017 / 14:05 9249
-  A +

Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi - millimizin üzvü  Kamran Ağayevi UEFA-ya sifariş edib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Ağayevin adı Avropa Liqasının 3-cü təsnifat mərhələsində Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib. 31 yaşlı qolkiper 30 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Çexiya mətbuatı Kamranla 1+1 illik müqavilə imzalandığını yazıb.

Əlavə edək ki, "Mlada Boleslav" - “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər