Fatih Terim yenidən "Qalatasaray"da ?

Fatih Terim yenidən "Qalatasaray"da ?
DÜNYA FUTBOLU 27 İyul 2017 / 11:44 5264
-  A +

Türkiyə millisindən ayrılan Fatih Terim yenidən "Qalatasaray"ı çalışdıra bilər.

Qol.az-ın "Hürriyət"ə istinadən yaydığı xəbərə görə, dünən türk mütəxəssisin istefa verməsindən sonra "Cim-Bom"un idman direktoru Cenk Ergünlə klub prezidenti Dursun Özbək Floryada görüşüblər. Görüşdə ediləcək transferlərlə yanaşı, F.Terimin yenidən "Qalatasaray"a qayıtmaq ehtimalı müzakirə olunub Terim barədə yazılanları izləyən D.Özbək vəziyyəti dəyərləndirdikdən sonra yekun qərarını verəcək.

Xəbərdə o da qeyd olunub ki, "Qalatasaray" F.Terimlə razılığa gələcəyi təqdirdə, klubun hazırkı baş məşqçisi İqor Tudorla müqaviləni ləğv etmək üçün 400 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, F.Terim bundan əvvəl 3 dəfə (1996-2000, 2002-2004, 2011-2013 illər) "Qalatasaray"ı çalışdırıb.


Son xəbərlər