"Səbail" yenə uduzdu

"Səbail" yenə uduzdu
XƏBƏR 27 İyul 2017 / 10:52 1833
-  A +

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" sonuncu yoxlama oyununu keçirib.
 
Qol.az-ın məlumatına görə, Samir Əliyevin komandası Səudiyyə Ərəbistanının "Əl-Raed" klubu ilə qarşılaşıb.  "Səbail" 1:2 hesabı ilə uduzub. Bayıl təmsilçisinin yeganə qolunu Amit Quluzadə vurub.
 
Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq", Özbəkistanın "Paxtakor" klublarına eyni hesabla (1:4) uduzub.

Son xəbərlər