“Qəbələ” "Panatinaikos"a uduzdu

“Qəbələ” "Panatinaikos"a uduzdu
ÖLKƏ FUTBOLU 28 İyul 2017 / 00:19 13132
-  A +

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan “Qəbələ” də növbəti matçına çıxıb.

Roman Qirqorçukun komandası səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. Birinci hissədə penalti zərbəsini dəqiq yerinə yetirən yunanlar 1:0 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, “Qəbələ” 2015/2016  mövsümündə Avroliqanın pley-off mərhələsində də bu komandaya rəqib olmuşdu. Bakıda keçirilən ilk oyunda qolsuz heç-heçə edən təmsilçimiz Afinadakı görüşdə Dodonun qolları sayəsində 2:2 hesablı nəticə ilə qrup mərhələsinə vəsiqə qazanmışdı.


27 iyul

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) - 1:0
Qol
Qilyerme Molins, 36-pen
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Afina. “Apostolos Nikolaidis” stadionu

Daha çox


Son xəbərlər