Ramil "Trabzonspor"a qarşı oynadı

Ramil "Trabzonspor"a qarşı oynadı
GÜNDƏM 26 İyul 2017 / 22:26 5045
-  A +

Millimizin futbolçusu Ramil Şeydayevin icarə əsasında çıxış etdiyi Slovakiyanın "Jilina" klubu yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, komanda "Trabzonspor"la qarşılaşıb. Slovakiya təmsilçisi 3:4 hesabı ilə uduzub.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Ramil ikinci hissədə meydana daxil olsa da, fərqlənə bilməyib.

Qeyd edək ki, R.Şeydayev müqavilə ilə məhz "Trabzonspor"a məxsusdur. O, bu ilin fevralında 2018-ci ilin iyununa kimi "Jilina"ya icarəyə verilib.

Daha çox


Son xəbərlər