Jezniçakın son durumu

Jezniçakın son durumu
GÜNDƏM 26 İyul 2017 / 17:46 8227
-  A +

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şerif”lə ilk oyununda zədələnən “Qarabağ”ın futbolçusu Yakub Jezniçakın son durumu məlum olub.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında tibbi müayinədən keçən polşalı müdafiəçidə ciddi zədə olmadığını deyib:

“Jezniçakın xüsusi bir zədəsi yoxdur. Sadəcə, qapıçı İbrahim Şehiçlə toqquşmada əzələsi əzilmişdi. İndi özünü yaxşı hiss edir”.

Klub rəsmisi Jezniçakın “Şerif”lə cavab oyununda meydana çıxıb-çıxmayacağının hələlik məlum olmadığını bildirib.

Xatırladaq ki, “Şerif”lə matçın əvvəlində zədələnən Jezniçak 9-cu dəqiqədə meydanı tərk etsə də, həkimlərin müdaxiləsindən sonra yenidən geri dönüb. Lakin ağrıları davam edən futbolçu qarşılaşmanın 24-cü dəqiqəsində Elvin Yunuszadə ilə əvəzlənməli olub.

Daha çox


Son xəbərlər