"Ümid edirəm ki, zədəm ciddi deyil" - Jezniçak

"Ümid edirəm ki, zədəm ciddi deyil" - Jezniçak
XƏBƏR 26 İyul 2017 / 12:05 4236
-  A +

“Hesab 0:0 oldu. Ancaq önəmli odur  ki, qapımızda qol görmədik”.

Qol.az-ın məlumatına görə, bu sözləri  “Qarabağ”ın yeni transferi Yakub Jezniçak Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Şerif"lə ilk oyun (0:0) haqda fikirlərini özünün "Facebook" hesabından bildirərkən yazıb.

Sözügedən görüşdə zədələnərək əvəzlənən polşalı müdafiəçi hazırkı durumu haqda da məlumat verib: “Təəssüf ki, qapıçı ilə toqquşmadan sonra zədələndim və 24-cü dəqiqədə meydanı tərk etməli oldum. Bunu heç istəməzdim. Ancaq futbolda belə hallar baş verir. Ümid edirəm ki, zədəm ciddi deyil. İndi bütün düşüncəmiz gələn həftə növbəti mərhələyə adlamaqdır. Özümüzə inanırıq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord