Əfran İsmayılov: "İnter"i məğlub etməkdən başqa yolumuz yoxdur"

Əfran İsmayılov: "İnter"i məğlub etməkdən başqa yolumuz yoxdur"
ÖLKƏ FUTBOLU 27 Mart 2010 / 10:20 2460
-  A +

“Komandada əhval-ruhiyyə yaxşıdır. Bugünkü oyunda mütləq çıxış edəcəm. Raufun oynayacağı isə hələ bəlli deyil. Çünki ağrıları davam edir”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib. Əfran “İnter”ə qarşı bu gün Quzanlı stadionunda keçirəcəkləri matça yalnız qələbə əzmilə çıxacaqlarını bildirib: “Özünüz də görürsünüz ki, iki oyundur dalbadal komandamız məğlub olur. Mən kubok matçındakı məğlubiyyəti buraya aid etmək istəmirəm. Çünki kubok oyunu başqadır. Meydan amilinin də bizim xeyrimizə olacağını söyləmək istəyirəm. Qarşımıza üç xal qazanmaq məqsədi qoymuşuq. Açığı, başqa yolumuz da yoxdur. Bu gün “İnter”i öz meydanımızda məğlub edib növbəti turda “Xəzər Lənkəran”la səfərdə keçirəcəyimiz oyuna hazırlaşmaq istəyirik”. İsmayılov komandasının uğursuzluq zolağına düşməsinin səbəblərini də açıqlayıb: “Qarabağ”ın uğursuz çıxış etməsinin bir çox səbəbi ola bilər. Bəlkə də yorğunçuluq öz sözünü dedi. Bundan sonraya baxmaq lazımdır”.

Qeyd edək ki, Əfran İsmayılov milli komandamızın heyətində İordaniya ilə yoxlama görüşündə zədələnmişdi. Premyer Liqanın XXV turunun “Qarabağ” – “İnter” qarşılaşması bu gün saat 16:00-da Quzanlı qəsəbə stadionunda baş tutacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı