Azərbaycanın UEFA reytinqində xalı artdı

Azərbaycanın UEFA reytinqində xalı artdı
ÖLKƏ FUTBOLU 26 İyul 2017 / 10:30 6262
-  A +

Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Qol.az-ın məlumatına görə, son reytinqdə Azərbaycan əvvəlki mövqeyini qoruyaraq 22-ci pillədə qərarlaşıb.

Öz meydanında Moldova “Şerif”i ilə qolsuz heç-heçə edən “Qarabağ” Azərbaycanın hesabına 0.125 xal qazandırıb. Bununla da, son 5 ilin nəticələrinə əsasən hesablanan reytinq xalımız 17.125-ə yüksəlib.

Azərbaycandan 1 pillə irəlidə - 21-ci yerdə olan Kiprin 17.425 xalı var.

Daha çox


Son xəbərlər