Qriqorçuk Afinada mətbuat önünə çıxacaq

Qriqorçuk Afinada mətbuat önünə çıxacaq
XƏBƏR 26 İyul 2017 / 01:47 2425
-  A +

İyulun 27-də UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.

Qol.az-ın məlumatına görə, Afina şəhərindəki “Apostolos Nikolaidis” stadionunda baş tutacaq “Panatinaikos” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək.

Qarşılaşmadan bir gün əvvəl - iyulun 26-da Bakı vaxtı ilə 19:00-da ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 19:30-da isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Xatırladaq ki, “Panatinaikos” və “Qəbələ” arasında ilk oyun  iyulun 27-də Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı