“Şerif” yumşaq tikə deyil” - Qara Qarayev

“Şerif” yumşaq tikə deyil” -  Qara Qarayev
ÖLKƏ FUTBOLU 26 İyul 2017 / 01:10 4552
-  A +

“Düşünmürəm ki, qeyri-adi nəsə başa verib. “Şerif” yaxşı rəqibdir. Müdafiə olunmağı da gözəl bacardılar”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev “Şerif”lə oyundan sonra deyib.

Ağdam klubu Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçında Bakıda Moldova təmsilçisi ilə qolsuz bərabərliyə qalıb. Qarayev görüşlə bağlı bunları söyləyib:

“Çox istəyirdik ki, qalib gələk. Amma qol imkanlarından yararlana bilmədik. Yaxşı oynamağımızın bariz nümunəsi də budur ki, rəqib qapımıza qol vura və təhlükəli epizod da yarada bilmədi. Fikrimcə, yaxşı çıxış etdik. Mərhələni keçmək haqda danışmaq bir qədər tez olardı. Burda 1 qol vursaydıq, səfərdə rahat olardıq”.

O bildirib ki, zədəli Rəşad Sadıqovun meydanda yeri görünürdü: “Rəşadın səstəyi, təcrübəsi hamımıza faydalıdır. Bu da oyuna təsir edir. İlk dəqiqələrdə ardıcıl epizodlar boşa verdik. Özüm də inana bilmirəm ki, Donaldın baş zərbəsi zamanı nə baş verdi ki, top qapıya girmədi. Böyük dəstək altına çıxış etdik. Azarkeşlərə təşəkkür edirəm”.

Qarayev cavab matçı haqda da fikirlərini açıqlayıb: “Çoxları bizi aşkar favorit sayırdı. Amma futbolçular düşünürdü ki, “Şerif” asan tikə deyil. Rəqib yaxşı oynadı. Amma bu o demək deyil ki, artıq əlimizi-qolumuzu bağlayacağıq. Səfərə yaxşı nəticə əldə etmək üçün gedəcəyik”.

Daha çox


Son xəbərlər