“Bunu siz deyin” - Riçard Almeyda

“Bunu siz deyin” -  Riçard Almeyda
ÖLKƏ FUTBOLU 26 İyul 2017 / 00:42 6089
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda  UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Şerif"ə qarşı keçirilən ilk oyundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb:


- Bu gün qələbə qazanmamağınıza səbəb nə oldu?

- Əlimizdən gələni etdik. Futboldur, hər şey baş verir. Səfərdə bir oyun da var. Hazırlaşıb müsbət nəticə qazanmaq mümkündür.

- “Qarabağ” rəqibindən belə oyun gözləyirdi?

- Gözləyirdik. “Şerif” iki taktika ilə oynayır: beşli müdafə və 4-1-4-1 düzülüşü ilə. Hansı sistemlə oynayacaqlarını bilmirdik. Həftə ərzində hazırlaşdıq. Məşqçilərimiz rəqib haqda məlumatlar vermişdilər. Cavab oyununa ciddi hazırlaşacağıq.

- Cavab matçında nəyə ümid etmək olar?

- 90 dəqiqədən sonra bilinəcək. Hansı komanda daha güclü olsa, sevinən tərəf olacaq. Rəqibə hörmət etmək lazımdır. Əlimizdən gələni edəcəyik.

- Öz oyunundan razı qaldın?

- Bunu siz deyin. Mən bu haqda nəsə söyləyə bilmərəm.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı