“Gözlərim Rəşadı gəzirdi” - Tahir Gözəl

“Gözlərim Rəşadı gəzirdi” -  Tahir Gözəl
ÖLKƏ FUTBOLU 26 İyul 2017 / 00:13 6867
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Şerif”ə qarşı keçirilən oyundan (0:0) sonra “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, T. Gözəl ilk öncə görüşlə bağlı fikirlərini açıqlayıb:

- “Şerif”in yaxşı komanda olduğunu bilirdik. Avrokuboklarda təcrübələri var. Bu gün müdafiədə və əks-hücumlarda güclü təsir bağışlayan “Şerif” gördüm. “Qarabağ”ımız da əla oynadı. Oyunumuzdan çox razı qaldım. Üç-dörd yüzfaizli qol şanımız oldu, amma top qapıdan keçmədi. Buna heç cür inana bilmirəm. Alınmadı.

- Oyuna hansı nəticəni düşünüb gəlmişdiniz?

- Səmimi deyim ki, düşünürdüm ki, “Qarabağ”ımız iki qol vuracaq. Rəqib çox qapalı oynadı. Onlar heç-heçə üçün gəlmişdilər və buna da nail oldular. Amma biz arzumuza çata bilmədik. Səfərdəki oyun da çətin keçəcək. “Qarabağ” açıq-aşkar üstün oldu. “Şerif”in müdafiəsi və qapıçısı əla idi. “Qarabağ” da rəqibdən geri qalmırdı. Maksimin oyununu qeyd edərdim. O, möhtəşəm oyun keçirdi.

- Qələbə üçün nə çatmadı?

- Bəxt də lazımdı. Biz üstün idik.

- Bugünkü nəticə ruh düşkünlüyü yaratmır?

- Xeyr. Bu gün “Qarabağ” möhtəşəm idi. Hər oyunu udmaq olmaz. Elə futbolun gözəlliyi də bundadır. Məndə belə düşüncəm yoxdu. Hərdən soruşursunuz ki, transfer lazımdır? Mən isə cavabımda deyirəm ki, xeyr, bu komanda güclüdür. Komandamıza mesaj verirəm ki, güclüsünüz. Amma buna baxmayaraq, hər zaman da axtarışdayıq. Öz oyunçularımıza da güvənirik. Bu komandanı bəyənirəm.

- Oyun ərzində “Hardasan, kapitan?” - deyə öz-özünüzə sual verdiniz?

- Çox axtarırdım Rəşad Sadıqovu.... Gözlərim kapitanı gəzirdi.

- Yakub Jezniçakın zədələnməsinə reaksiyanız necə oldu?

- Çox təəssüfləndim. Amma oyuna daxil olan Elvin Yunuszadə də əla çıxış etdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı