"Başqa cür oynaya bilməzdik" "Şerif"in baş məşqçisi

"Başqa cür oynaya bilməzdik" "Şerif"in baş məşqçisi
GÜNDƏM 25 İyul 2017 / 23:12 8760
-  A +

“Çox çətin qarşılaşma oldu. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə bunu bacarmadıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Moldovanın “Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

- İkinci hissədə “Qarabağ” bizi qapımıza tərəf sıxmışdı. Dünən də belə bir oyun olacağını demişdim. Azarkeşlərin təzyiqi nəticəsində oyun bizim üçün daha çətin oldu. Ancaq bundan daha yaxşı oynaya bilərdik”.

- Bu oyunla hansı nəticəyə ümid edirsiniz?

- “Qarabağ”ın topla yaxşı oynadığını bilirdik. Buna görə də cinahları bağlamışdıq. Bizim əsas məqsədimiz əks-hücumda oynamaq idi. Səfərdə oynadığımız üçün bundan başqa oyun sərgiləyə bilməzdik.

- “Qarabağ”ın qapısına dəqiq zərbə vura bilmədiniz...

- Düşünürəm ki, “Qarabağ”ın qapısında təhlükəli epziodlar yaratmağı bacardıq. Amma ikinci hissədə hücum edə bilmədik və bunu normal qarşılayıram. Çünki rəqib cinahlardan hücumlar etməyə başlamışdı. Buna görə də müdafiə olunmalı idik.

- Futbolçularınızdan hansı komponentlərdə narazı qaldız?

- Hücumçumuz irəlidə tək qalmışdı. Digər futbolçular ona kömək etmirdilər. Bunun da səbəbi var idi və mən özüm o səbəbləri yaxşı bilirəm.

Daha çox


Son xəbərlər