Dəniz Yılmaz dönüşünü qolla qeyd etdi

Dəniz Yılmaz dönüşünü qolla qeyd etdi
XƏBƏR 25 İyul 2017 / 22:20 4412
-  A +

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor”  növbəti yoxlama matçına çıxıb.

Qol.az-ın məlumatına görə, Türkiyə klubu İtaliya təmsilçisi “Südtirol”la qarşılaşıb.

Görüş “Bursaspor”un 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan millimizin hücumçusu komandasının 2-ci qolunun müəllifi olub. O, fasilədən sonra əvəzlənib.

Qeyd edək ki, ötən mövsüm komandadan kənarlaşdırılan Dəniz Yılmaz ötən həftə yeni baş məşqçi Pol Le Quen tərəfindən bağışlanaraq heyətə qaytarılıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord