Arda "Barselona"da necə qaldı?

Arda "Barselona"da necə qaldı?
DÜNYA FUTBOLU 25 İyul 2017 / 15:56 7377
-  A +

Arda Turanın "Barselona"da qalmasının səbəbləri bəlli olub.

Qol.az-ın "Sport"a istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi bu yay ciddi təkliflər almadığı üçün "Barsa"nı tərk etməyib. Daha doğrusu, ciddi təkliflər əsasən Çin klublarından olduğundan nə “Barselona”, nə də futbolçu transferə razılıq verib.

O, həmçinin, yeni baş məşqçi Ernesto Valverdeyə komandanın əhəmiyyətli oyunçularından biri ola biləcəyini deyib. İspaniya mətbuatı yazır ki, yeni mövsümdə “Atletiko”dakı uğurlu oyununu sərgiləmək əzmindədir.

Qeyd edək ki, A.Turan "Barsa"nın ABŞ-dakı təlim-məşq toplanışı üçün heyətində yer alıb. Onun növbəti mövsüm də La Liqa klubunda qalacağı dəqiqləşib. Ardanın komandanın hazırlıq prosesində çox fəal olduğu bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı