"Bayer" Çiçaritonu satdı

"Bayer" Çiçaritonu satdı
XƏBƏR 25 İyul 2017 / 14:09 3599
-  A +

"Bayer" futbolçusu Xavyer Hernandesi (Çiçarito) "Vest Hem"ə satıb.

Qol.az-ın İngiltərə klubunun saytına istinadən yaydığı xəbərə görə, meksikalı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Vest Hem" Leverkuzen təmsilçisinə 16 milyon funt sterlinq ödəyib.

Qeyd edək ki, X.Hernandes ilk dəfə İngiltərə Premyer Liqasında oynamayacaq. O, bundan əvvəl  2010-2015-ci illərdə "Mançester Yunayted"də çıxış edib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki