İdmançımız ermənini məğlub etdi

İdmançımız ermənini məğlub etdi
XƏBƏR 25 İyul 2017 / 13:09 2731
-  A +

Gürcüstanın Batumi şəhərində kikboksinq üzrə yeniyetmələrin dünya kuboku yarışı keçirilib.

Qol.az-ın məlumatına görə, dünya miqyaslı yarışda Azərbaycan da təmsil olunub.

Yarışda 32 kq çəki dərəcəsində mübarizə aparan 11 yaşlı idmançımız Ədalət Əliyev qızıl medal qazanıb. O, həlledici görüşdə erməni idmançısına qalib gəlib.

Qazandığı nəticəyə görə  məşqçilərinə, xüsusən də Nizami rayon 13 saylı ixtisaslaşdırılmış idman məktəbinin əməkdar məşqçisi Zaur Məmmədova təşəkkür edən yeniyetmə Ədalət gələcəkdə də ölkəmizi beynəlxalq miqyaslı yarışda layiqincə təmsil edəcəyinə söz verib. 


Son xəbərlər