“Qarabağ”ın oyunu bu kanallarda - "Eurosport" da göstərəcək

“Qarabağ”ın oyunu bu kanallarda - "Eurosport" da göstərəcək
XƏBƏR 25 İyul 2017 / 11:38 9948
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin bu gün keçiriləcək “Qarabağ” – “Şerif” matçı canlı yayımlanacaq.

Qol.az-ın xəbərinə görə, “İdman Azərbaycan” kanalı bu oyunu birbaşa nümayiş etdirəcək. Bundan başqa, məşhur “Eurosport” kanalı da Ağdam klubunun Tiraspol təmsilçisi ilə görüşünü yayımlayacaq. Bu haqda telekanalın saytı məlumat yayıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” görüşü saat 21.00-da başlanacaq.


Son xəbərlər