"Afinadan qələbə ilə dönmək istəyirik" - İlqar Qurbanov

"Afinadan qələbə ilə dönmək istəyirik" - İlqar Qurbanov
ÖLKƏ FUTBOLU 25 İyul 2017 / 09:43 3873
-  A +

“Mübarizəyə başladığımız ikinci təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın “Yagelloniya” klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab görüşünə daha yaxşı hazırlaşdıq. Bu da normaldır".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni transfer İlqar Qurbanov klubun saytına deyib.

O, təlim-məşq toplanışından sonra ilk matçların çətin olduğunu bildirib: "Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir. Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik. Cavab matçında təmkinli mübarizə apardıq. Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib bizi meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.

Avroliqanın üçüncü təsnifat mərhələsində qarşılaşacaqları “Panatinaikos” haqda fikirlərini bildirən İ.Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını vurğulayıb: “Səfərdəki ilk oyuna matçın keçiriləcəyi Afinada hazırlaşırıq. Artıq bir neçə gündür məşqlərimizi Yunanıstanda keçirik. Səfərdə keçirəcəyimiz ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdur. “Panatinaikos” öz sözünü demiş komandadır. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”.

Qeyd edək ki, "Panatinaikos" - "Qəbələ" görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi