"Heç-heçə də bizi qane edəcək" - "Şerif"in baş məşqçisi

"Heç-heçə də bizi qane edəcək" - "Şerif"in baş məşqçisi
GÜNDƏM 24 İyul 2017 / 20:16 5582
-  A +

Moldovanın Şerif” klubunun baş məşqçisi Roberto Bordin Çempionlar Liqasının III təsnifat mərhələsində  “Qarabağ"la ilk oyun öncəsi  Bakıda mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bizi çətin oyun gözləyir. “Qarabağ”ın güclü rəqib olduğunu bilirik. Bununla belə, düşünürəm ki, maraqlı matç olacaq

- “Qarabağ”ı cütün favoriti saymaq olar?

- İlk oyunu evdə oynamağı “Qarabağ”ın üstünlüyüdür. Bakıda heç-heçə oynamaq də bizi qane edəcək.

- Rəqibiniz barədə nə deyə bilərsiniz?

- "Qarabağ" çox güclü komandadır. Topla oynamağı yaxşı bacarırlar. Oyunçuları fərdi şəkildə qeyd etmək istəməzdim.

- Rəqibə sürpriziniz var?

- Sürprizlər deyilmir. Bunu sabah görəcəyik (gülür).

- Bura gələn komandalar əsasən, havanın isti olmasından şikayətlənir. Siz necə, burdakı havadan razısınız?

- Tiraspolda da isti havada oynayırıq. Belə olsa, hər iki komanda üçün çətinlik yarada bilər. Bildiyimiz qədər sabah hava küləkli olmalıdır.

- Ölkə çempionatının sonuncu turunda heç-heçə etməyiniz bu matça mənfi təsir edəcək?

- Son dəqiqələrdə qol buraxdıq. Lakin bu “Qarabağ”la oyuna təsir göstərməyəcək.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki