"İnter" Svanadze ilə müqaviləni yeniləyir

"İnter" Svanadze ilə müqaviləni yeniləyir
ÖLKƏ FUTBOLU 24 İyul 2017 / 17:52 2441
-  A +

Bakının "İnter” klubu komandanın baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə bağlayacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, rəhbərlik gürcüstanlı mütəxəssislə işləməkdə maraqlıdır. Yaxın günlərdə onunla müqavilə imzalanacağı gözlənilir.

Sabah komanda yeni mövsümün hazırlıqlarına başlayacaq.

Qeyd edək ki, Zaur Svanadze 2015-ci ildən “İnter”i çalışdırır. Ötən ay paytaxt klubu ilə müqaviləsi başa çatan məşqçinin göndəriləcəyi haqda xəbərlər yayılmışdı.

 

Daha çox


Son xəbərlər