"Səbail" "Paxtakor"a 4 qolla uduzdu

"Səbail" "Paxtakor"a 4 qolla uduzdu
XƏBƏR 25 İyul 2017 / 00:55 4136
-  A +

Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "Səbail" ötən gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Samir Əliyevin komandası Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşıb.
 
"Green Park Resort Kartepe" hotelinin meydançasında keçirilən oyun ğzbəklərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Səbail"in yeganə qolunu Nurlan Novruzov vurub.

Qeyd edək ki, yeni mövsümdən Topaz Premyer Liqada çıxış edəcək “Səbail” ilk yoxlama oyununda Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib, Ərəbistanının "Əl-İttifaq" komandasına 1:4 hesabı ilə uduzub.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı