"Qəbələ" "Sarar"la müqavilə artırdı

"Qəbələ" "Sarar"la müqavilə artırdı
XƏBƏR 24 İyul 2017 / 14:42 3561
-  A +

“Qəbələ” İdman Klubu ilə “Sarar" şirkəti arasında yeni müqavilə imzalanıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 2015-ci ildə imzalanan iki illik geyim sponsorluğu müqaviləsi ötən müddət ərzində hər iki tərəf üçün uğurlu olduğu üçün anlaşmanın daha iki il müddətinə uzadılması qərara alınıb.

Əldə olunan razılaşdırmaya əsasən “Sarar” növbəti iki mövsüm ərzində “Qəbələ”nin futbolçu və texniki heyetini yay və qış geyimləri ilə təmin edəcək. Əvəzində isə “Qəbələnin” ev oyunlarında “Sarar”ın reklam bannerləri yerləşdiriləcək.
 
“Sarar” şirkətinin Azərbaycan nümayəndəsi Məsut Dəmirtaş yeni müqavilə ilə bağlı bu fikriləri bildirib: “Qəbələ” İK iki mövsümdür Avropada layiqli mübarizə aparır. Bu müddət ərzində özümüzü artıq bu uğurun bir parçası hesab edirik ki, bu da “Sarar” olaraq bizi son dərəcə məmnun edir. Ona görə də, əməkdaşlığımızın müddətini daha iki il artırmağa qərar verdik. İnanıram ki, klubla olan münasibətimiz daha uzun müddəti əhatə edəcək”.
 
“Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “İki qurum arasında sponsorluq razılığının əldə edilməsi hər zaman çox çətin və əmək tələb edən prosesdir. Ancaq bir sponsorluq əməkdaşlığını mövbəti mərhələyə keçirərək artırmaq daha çətindir. “Sarar” kimi qlobal bir brend ilə əməkdaşlığımızda bunu bacardığımız üçün çox sevincliyik.” – deyib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı