"Yuventus" hücumçu alır

"Yuventus" hücumçu alır
XƏBƏR 24 İyul 2017 / 13:45 3401
-  A +

“Yuventus” heyətinə yeni oyunçu cəlb edir.

Qol.az-ın məlumatına görə, Turin klubu “Fiorentina”nın hücumçusu Federiko Bernardeskinin transferinə çox yaxındır.

Klubun rəsmi Tvitter səhifəsi 23 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçmək üçün Turinə getdiyini açıqlayıb.

İtaliya mətbuatı Bernardeskinin transferi üçün “Yuventus”un qarşı tərəfə 40 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 2014-cü ildən "Fiorentina"da çıxış edən İtaliya millisinin üzvü 72 oyuna 24 qol vurub.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı