"Bu cür davam edə bilməzdi" - Ayxan Abbasov Rəşad haqda

"Bu cür davam edə bilməzdi" - Ayxan Abbasov Rəşad haqda
ÖLKƏ FUTBOLU 24 İyul 2017 / 11:51 8226
-  A +

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov yeni transferlərdən olan Rəşad Sadiqovun komandadan çıxarılmasına münasibət bildirib.

O, Qol.az saytının müxbiri ilə söhbətində 34 yaşlı yarımmüdafiəçinin intizamsızlığına görə komandadan uzaqlaşdırıldığını desə də, təfərrüatı açıqlamayıb: 

“Rəşadın özü ilə də söhbət elədim, başa saldım. O, elə bir yaşda olan futbolçudur ki, hansısa cəza vermək istəmədim. Rəşad bunu başa düşdü və normal şəkildə yollarımızı ayırdıq. Konkret olaraq intizamsızlığına görə komandadan göndərildi. Bu cür davam edə bilməzdi”.

Xatırladaq ki, 2016/17 mövsümünün sonu "Qəbələ" ilə müqaviləsi başa çatan R.Sadiqov "Zirə"yə bu yay transfer olunmuşdu.

Daha çox


Son xəbərlər