"Mançester Yunayted" "Real"a qalib gəldi - Video

"Mançester Yunayted" "Real"a qalib gəldi - Video
VİDEO 24 İyul 2017 / 11:06 5858
-  A +

Beynəlxalq Çempionlar kuboku turnirində növbəti oyun keçirilib.

Qol.az-ın məlumatına görə, ABŞ-da “Real” və  “Mançester Yunayted”lə üz-üzə gəlib.
 
Gələn ay UEFA Superkubokunda rəqib olacaq komandaların ABŞ-dakı duelinin əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında ümumilikdə 10 zərbədən cəmi 3-ü dəqiq olub. Yekunda “Mançester Yunayted” 2 dəqiq penalti zərbəsi sayəsində qələbə qazanıb.
 
“Real” – “Mançester Yunayted” – 1:1 ( penaltilər seriyası - 1:2)
Qollar:
Linqard, 45+1 (0:1), Kasemiro, 69-pen (1:1)

Bu qələbə ilə xalını  5-ə yüksəldən "MY" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord