"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı

"Qarabağ"ın yeni transferi Ağdamın işğalından yazdı
ÖLKƏ FUTBOLU 24 İyul 2017 / 10:12 5459
-  A +

"Qarabağ"ın yeni transferi Yakub Jezniçak dünən Ağdam rayonunun Ermənistan hərbçiləri tərəfindən işğal olunmasının 24-cü ildönümünə biganə qalmayıb.

Qol.az-ın məlumatına görə, polşalı müdafiəçi özünün "Facebook" hesabından rəhbərlik və bir neçə futbolçu ilə birlikdə ziyarət etdiyi Şəhidlər Xiyabanının şəklini paylaşıb. 31 yaşlı oyunçu şəklin üzərinə isə bu sözləri yazıb: “24 il keçdi... Bu gün “Qarabağ” klubunun doğma məmləkəti olan Ağdamın ermənilər tərəfindən işğal olunduğu gündür”.

Qeyd edək ki, Yakub Jezniçak “Qarabağ”a bu yay “Legiya”dan keçib.




Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord