Almaniyada ilin ən yaxşıları məlum oldu

Almaniyada ilin ən yaxşıları məlum oldu
XƏBƏR 23 İyul 2017 / 18:50 3155
-  A +

"Bavariya"nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

Qol.az-ın xəbərinə görə, "Kicker" nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb.

Anketdə 192 səslə "Real"dan Toni Kroos 2-ci, 120 səs yığan "Borussiya"nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.
 
İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın 30 yaşlı çalışdırıcısı Yulian Naqelsman oldu.

Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"