“Çelsi”də yeni kapitan

“Çelsi”də yeni kapitan
XƏBƏR 23 İyul 2017 / 18:00 4372
-  A +

“Çelsi”nin yeni kapitanı müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, yeni mövsümdən kapitan Qari Kehil olacaq.

Bunu yerli mətbuata açıqlamasında komandanın baş məşqçisi Antonio Konte deyib.

İngiltərə millisinin üzvü 2012-ci ildən London klubunda çıxış edir. O, “Çelsi”də 238 oyuna çıxıb və 25 qol vurub.

Qeyd edək ki, indiyədək “Çelsi”nin kapitanı ötən ay “Aston Villa”ya keçən Con Terri idi.

Son xəbərlər