Kintana "Şerif"lə oyun haqda: "Sizə asan gəlməsin"

Kintana "Şerif"lə oyun haqda:  "Sizə asan gəlməsin"
ÖLKƏ FUTBOLU 23 İyul 2017 / 15:44 7581
-  A +

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana klubun Fan-şopunun rəsmi açılışından sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Uzun müddətdir oynamırsan. Zədən nə yerdədir?

- Komanda ilə məşqlərə başlamışam. 2-3 həftəyə tam hazır olacağımı düşünürəm. Təbii ki, baş məşqçimiz Qurban Qurbanovun da qərarından çox şey asılı olacaq.
 
- “Şerif”lə cavab matçında səni meydanda görə biləcəyik?

- İlk oyunda oynamayacağım dəqiqdir. Cavab matçında ola bilsin ki, oynayım. Amma bu da inandırıcı görünmür. Çünki məşqlərə təzə start vermişəm.
 
- Özünü necə hiss edirsiniz?

- Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm. 6 ay idi ki, futbolsuz idim. Artıq həkimlər oynamağıma icazə veriblər. Problem qalmayıb.
 
- “Şerif”lə matçlar barədə nə düşünürsən?

- “Şerif”in oyunlarını izləyirik. Rəqibimiz güclüdür, amma keçmək şansımız var. Ancaq sizə qıraqdan göründüyü kimi asan gəlməsin.

Daha çox


Son xəbərlər