“Yaxın vaxtlarda transfer olacağına inanmıram” – Tahir Gözəl

“Yaxın vaxtlarda transfer olacağına inanmıram” –  Tahir Gözəl
ÖLKƏ FUTBOLU 23 İyul 2017 / 15:04 5742
-  A +

Bu gün “Qarabağ”ın Fan-şopunun rəsmi açılışı olub.

Qol.az-ın xəbərinə görə, tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl də iştirak edib. O, tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- “Qarabağ” Azərbaycanda ən çox sevilən addır. “Qarabağ” Azərbaycanı dünyaya tanıtdıran futbol klubudur. Bugünkü açılışı özümüz bilərəkdən Ağdamın işğal gününə salmaq istədik. Şəhidlərimizə də yad etdik. Biz Qarabağ, Ağdam sevgisini ürəyimizdə yaşadacağıq. Bunu dünyaya göstərəcəyik, onlarla paylaşacağıq. Bizdən “Qarabağ”ın formasını istəyənlər həddən artıq çoxdur. Artıq klubumuzun fan-şopu var. İnsanlar bura gəlib geyimləri əldə edə bilər. İstər gündəlik köynəklər, istərsə də futbolkalar almaq olar. Hesab edirəm ki, bu bizə lazım idi. Bu əlamətdar hadisə üçün hər kəsi təbrik edirəm. Azərbaycana və “Qarabağ” klubunu sevənlərə xeyirli olsun. Azarkeşlərimizə də səslənirəm ki, bizə dəstək olsunlar. Xaricdən gələn yeni dostlarla da paylaşmaq lazımdır. Buradan qazanılan hər məbləğ klubumuzun büdcəsinə əlavə ediləcək.
 
- “Qarabağ”ın həm də cəbhə bölgəsini təmsil etdiyini nəzərə alsaq, hərbi rənglərdə formaların hazırlanması mümkün ola bilərmi?

- Formaların dizaynı ilə məşğul olan insanlar var. Bu da bir fikirdir. Məncə, mümkün olar. Həm də hərbi geyim son vaxtlar dəbə minib. Gənclər arasında bu cür geyimə üstünlük verənlər var.
 
- "Şerif"lə oyunlar barədə nə düşünürsüz?

- Bəli, qarşıda bizi “Şerif”lə oyun gözləyir. Yeni transferlərimiz də xoş təsir bağışladılar. Ciddi şəkildə hazırlaşsaq, uğurlu nəticə əldə edəcəyimizə inanıram. Ancaq çox çətin oyun olacaq.
 
 - “Qarabağ” yeni transferlər edəcək?

- Hesab edirəm ki, bugünkü “Qarabağ” hazırdır. Son oyunçularımız da çox uğurlu oldular. Qısa müddətdə inanmıram ki, yeni transfer olsun.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın