"Qarabağ"ın Fan-şopu rəsmən açıldı

"Qarabağ"ın Fan-şopu rəsmən açıldı
ÖLKƏ FUTBOLU 23 İyul 2017 / 14:55 5128
-  A +

“Qarabağ”ın Fan-şopunun rəsmi açılışı olub.

Qol.az-ın xəbərinə görə, “Park Bulvar AVM”in 2-ci mərtəbəsində yerləşən rəsmi mağazanın açılışında klubun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl, futbolçulardan Rəşad Sadıqov və Dani Kintana da  iştirak edib.

Açılış sözü ilə çıxış edən Tahir Gözəl bildirib ki, mərasimin Ağdamın işğal gününə təyin edilməsi təsadüfi deyil:
 
"Bir az əvvəl Şəhidlər xiyabanındaydıq. Ağdamın işğal günündə onları yad edib buraya gəldik. Xatırlayırsınızsa, bir neçə il öncə 23 iyulda Avroliqa oyununda Norveçin "Rusenburq" komandasını məğlub edib, kədərimizi sevincə çevirmişdik. Bu gün də eyni şeyi etmək istəyirik. Buradakı hər şeyi normal qiymətə ala biləcəksiniz. Çox sevinirəm. Azərbaycana, "Qarabağ"a eşq olsun".

Tahir Gözəl çıxışından sonra  oğlu və Əmrah Çəlikəllə birlikdə qırmızı lenti kəsib. Onlar mağazadan alış-veriş də ediblər.
 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki