“Qəbələ”yə qarşı oynamayacaqlar

“Qəbələ”yə qarşı oynamayacaqlar
GÜNDƏM 23 İyul 2017 / 01:10 5199
-  A +

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın “Panatinaikos” klubu ciddi itkilərlə üzləşib.

Qol.az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın müdafiəçisi Giorgos Kutroubis təmsilçimizlə oyunu buraxacaq. Buna səbəb 26 yaşlı futbolçunun appendisitdən əməliyyat olmasıdır. Onun cavab oyununa hazır olacağı də gözlənilmir.

Bundan başqa, zədələnən argentinalı yarımmüdafiəçi Lukas Villafanez də “Qəbələ” ilə ilk oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun iyulun 27-də Afinada olacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı