Məhkəmə Fatih Akyel haqda həbs qərarı çıxardı

Məhkəmə Fatih Akyel haqda həbs qərarı çıxardı
DÜNYA FUTBOLU 25 Mart 2010 / 22:33 2641
-  A +

Türkiyə milli komandasının və «Qalatasaray»ın sabiq futbolçusu Fatih Akyel məhkəmənin bugünkü qərarı ilə həbs edilib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu dələduzluq və futbol qumarı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda təqsirləndirilir. F.Akyelin vəkili Sevgin Gürarslan məhkəmənin qapalı keçirildiyini əsas gətirərək geniş açıqlama verməkdən imtina edib: «Bütün hallarda müvəkkilimin ən qısa zamanda azadlığa buraxılacağına inanıram. Sabah bu qərardan şikayət verəcəyəm. Türk ədalətinə inanırıq. Fatih Akyel dövlət medalı ilə təltif olunub, 64 dəfə milli komandanın şərəfini qoruyub».
Xatırladaq ki, F.Akyeldən əvvəl Türkiyənin daha bir keçmiş ünlü futbolçusu Arif Ərdəm də saxlanılsa da, bu gün sərbəst buraxılıb.
Əlavə edək ki, F.Akyel «Qalatasaray» klubunun tərkibində UEFA və Avropa superkubokunu, həmçinin Türkiyə millisinin heyətində dünya çempionatının bürünc mükafatını qazanıb. 

Son xəbərlər