“Qarabağ”ın oyununda ajiotaj gözlənilir

“Qarabağ”ın oyununda ajiotaj gözlənilir
XƏBƏR 22 İyul 2017 / 18:15 7822
-  A +

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin gələn həftə keçiriləcək “Qarabağ” – “Şerif” (Moldova) oyununda ajiotaj gözlənilir.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a bildirib ki, matçın biletləri dünəndən satışa çıxarılmasına baxmayaraq, bu gün saat 17.00-a qədər artıq 8 minədək bilet satılıb. Matça hələ üç gün qaldığını nəzərə alsaq, satılan biletlərinin sayının daha da artacağı və oyunda tribunaların dolacağını gözləmək olar.

Xatırladaq ki, matça biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Əlavə edək ki, “Qarabağ” – “Şerif” görüşü iyulun 25-i, saat 21.00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı