Neymar gedir?

Neymar gedir?
GÜNDƏM 22 İyul 2017 / 17:31 6668
-  A +

Bu həftənin cümə günü “Barselona”nın prezidenti Jozep Bartomeu ilə PSJ-yə keçəcəyi iddia edilən Neymar arasında görüş keçirilib.

Qol.az “As” nəşrinə istinadən xəbər verir ki, komandanın məşqindən sonra tərəflər 15 dəqiqəyə yaxın söhbət ediblər. Neymar klub prezidentinə PSJ-yə keçmək istədiyini deyib. Bartomeu isə vəziyyəti yoluna qoymaq üçün Neymardan vaxt istəyib.

Qeyd edək ki, bu görüş ABŞ-ın Nyu-Cersi şəhərində keçirilib. Hazırda orada Kataloniya komandası hazırlıq keçir.

Başqa bir xəbərə görə, artıq Neymar PSJ ilə imzalayacağı müqaviləni razılaşdırıb. Onun 5 illik müqavilə bağlayacağı, ilinə isə 30 milyon avro qazanacağı iddia edilir. Müqavilə imzalansa, o, PSJ tarixinin ən bahalı futbolçusu olacaq.

Qeyd edək ki, Neymarın təzminat qiymətinin 222 milyon avro olduğu və PSJ-nin bu məbləği də “Barselona”ya verəcəyi bildirilir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın