"Yuventus"dan getdiyinə görə özünü satqın saymır

"Yuventus"dan getdiyinə görə özünü satqın saymır
XƏBƏR 22 İyul 2017 / 15:46 3607
-  A +

“Milan”ın yeni transferi Leonardo Bonuççi “Yuventus”u tərk etməyinə peşman deyil.

Qol.az xəbər verir ki, o, “Gazzetta dello Sport”a müsahibəsində özünü satmaq saymadığını deyib:

“Yeddi il bir klubda çıxış edəndə oradan yaxşı səviyyədə getmək istədiyini düşünürsən. Amma elə alındı ki, mövsümün sonlarında hər iki tərəf arasında əlaqələr korlanmağa başladı, ona görə də ayrılmaq qərarı verdik. Son aylar nələrsə baş verirdi, mənim də getməyim bunun nəticəsi idi. Mənim “Yuventus”a etdiklərimi nəzərə alsaq, özümü satqın saymıram” - deyə Bonuççi bildirib.

Xatırladaq ki, 30 yaşlı müdafiəçisi bu yaxınlarda “Yuventus”dan “Milan”a keçib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki